Özbəkistanın Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyinin nəzdindəki Milli İqlim Dəyişikliyi Mərkəzi şəhərlər üçün ilk ekoloji planlarını (Environmental Master Plans) təqdim edib.
Pilot layihə kimi Buxara və Səmərqənd seçilib. Onlar üçün planlar aidiyyəti nazirlik, bu şəhərlərin hakimiyyətləri və digər maraqlı idarələr tərəfindən işlənərək hazırlanıb.
Ekoloji plan ətraf mühitə mənfi təsirlərin azaldılmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına və şəhər sakinlərinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş strateji tövsiyələr və tədbirlər toplusundan ibarət sənəddir.
Plan şəhərin mövcud ekoloji vəziyyətini təsvir edir və o, bir sıra göstəricilərinə görə qiymətləndirilir. Bu qiymətləndirmə prosesi izləməyə, ən yaxşı təcrübələri müəyyənləşdirməyə kömək edəcək. Yerli bələdiyyələrlə birlikdə əhalini məlumatlandırmaq və layihəyə cəlb etmək üçün xüsusi kampaniya təşkil edilib.