AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Özbəkistandan gəlmiş istedadlı gənclərlə görüş keçirilib.
Tədbiri institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açaraq bildirib ki, həm Azərbaycanın, həm də Özbəkistanın qədim və zəngin ədəbiyyat tarixi var. Klassik dövrdən başlayan ədəbi ənənələr sovet dövründə də davam edib. Yaxın tarixdə bu istiqamətdə daha çox işlər görülüb.
Sonra Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə çıxış edərək qonaqlara göstərilən diqqət və qayğıya görə təşəkkür edib, qardaş ölkədən gələn gənclərin səfərinin məqsəd və məramı haqqında məlumat verib.
Özbəkistanlı qonaqlardan şair Nəzakət Rəsul (Qasımova), yazıçı Gülnarə Xocayeva, rəssam, dizayner Diyara Tilavova paytaxtımız haqqında xoş təəssüratlarını bölüşüblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı, Mənzər Niyarlı, gənc tədqiqatçılardan Sənubər Səmədova, Şəbnəm Mirzəzadə çıxışlarında ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin əhəmiyyətindən söz açıblar.
Xurliman Qaybullayeva və Nəsibə Xocayevanın dütarda ifaları maraqla dinlənilib.
Daha sonra qonaqlar Ədəbiyyat İnstitutu ilə yaxından tanış olublar.