Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası qonaqpərvərlik xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə “İxtisaslaşmış hotelçilik” təlimlərinə start verib.

Agentlikdən bildirilib ki, iki ay davam edəcək “İxtisaslaşmış hotelçilik” təlimləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonundakı yerləşmə vasitələrinin işçi personalı üçün nəzərdə tutulub.

Təcrübəli təlimçilərin təmizlik şöbəsi, iaşə xidməti, ön büro və idarəçilər üçün idarəetmə istiqamətlərində keçdikləri ödənişsiz təlimlərdə iştirakçılar sahə üzrə praktiki biliklər əldə etmək, yerli sənaye mütəxəssislərinin təcrübələrindən faydalanmaq imkanı qazanırlar.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən hotellərin əməkdaşları esmer.shabanova@hotelassociation.az və narmin.aktash@hotelassociation.az elektron poçt ünvanlarına müraciət edib qeydiyyatdan keçərək təlimlərdə iştirak imkanı qazanırlar.