Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qarabağ milli geyimlərinin sərgisi açılıb. Sərgidə XVIII–XIX əsrlərdə Qarabağ bəyləri və xanımlarına məxsus geyimlərin eskizləri əsasında hazırlanmış geyimlər nümayiş olunur.

Xanlıq Muxtar karvansarasında (“Güllü bağça” ilə üzbəüz) təşkil olunan sərgi iyulun 16-dan etibarən hər gün ziyarət üçün açıqdır.

Qeyd edək ki, eyni məkanda “Qarabağ tarixi fotolarda” adlı sərgi də təşkil edilib. Sərgidə 1880–1970-ci illərdə Qarabağda azərbaycanlı fotoqraflarla yanaşı, ölkəmizdə yaşamış rus, yəhudi əsilli fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər yer alır. Fotolar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin fonduna məxsusdur.

Xanlıq Muxtar karvansarasındakı bu sərgi avqustun 12-dək davam edəcək.