Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən “Qonağımız var” layihəsi davam edir. Layihənin məqsədi əhalinin asudə vaxtının səmərəli təşkil olunması, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlərlə insanların bədii-estetik zövqünün formalaşmasına şərait yaratmaqdır.
Layihə çərçivəsində Xətai rayon Heydər Əliyev parkında tanınmış aktrisa, aparıcı, Əməkdar artist Dilarə Əliyeva ilə görüş olub.
Dilarə Əliyevanın həyat və fəaliyyəti haqqında məlumat verilib. Aktrisanın tamaşa və filmlərdə canlandırdığı obrazlardan, habelə televiziya layihələrindən və uğurlarından danışılıb.
Görüş zamanı aktrisanın rol aldığı tamaşalardan fraqmentlər nümayiş olunub.