133-cü mövsümünü başa vuran Lənkəran Dövlət Dram Teatrı cari mövsümü iki tamaşa ilə başa vurub.
İyulun 18-də Kamal Abdullanın "Casus" pyesi əsasında teatrın baş rejissoru Anar Babalının hazırladığı eyniadlı tamaşa, ayın 19-da isə Çingiz Aytmatovun "Cəmilə" povesti əsasında hazırlanmış (səhnələşdirən və rejissor İmran Ali Qurban) eyniadlı tamaşa oynanılıb.
Teatrın direktoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova bildirib ki, kollektiv yeni mövsümdə uğurlu tamaşalarla teatrsevərlərin qarşısına çıxacaq.