Özbəkistanın tanınmış estrada müğənnisi, bəstəkar, aktyor Fərrux Zakirov “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adına layiq görülüb.

Prezident İlham Əliyev iyulun 22-də bununla bağlı sərəncam imzalayıb.

Sənətkar Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə təltif olunub.

Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, 1976-cı ildən məşhur “Yallı” ansamblının bədii rəhbəri olan Fərrux Zakirov öz sənəti ilə Azərbaycanda da böyük rəğbət qazanıb. Musiqiçi həmçinin Qazaxıstan, Qırğızıstan, Tacikistan, habelə Rusiya Federasiyasının Tatarıstan və İnquşetiya respublikalarının “Xalq artisti” fəxri adına layiq görülüb.