Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır.
Mədəniyyət naziri Adil Kərimli iyulun 29-da saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.