Siyəzən rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz RGİİ-nin rayon üzrə Gənclər və idman sektoru ilə birgə Gənclər və İdman Nazirliyinin yaranmasının (26 iyul) 30 illik yubileyi münasibətilə “Prezidentin gəncləri” adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl bildirilib ki, Gənclər və İdman Nazirliyi Ümummilli lider Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli fərmanı ilə yaradılıb. Heydər Əliyev Azərbaycan gənclərinə və idmançılara həmişə böyük diqqət və qayğı ilə yanaşıb. Bu nazirliyin yaradılması ilə ölkəmizdə həm də bədən tərbiyəsi və idmanın inkişafında yeni mərhələ başlanıb. Bu il 30 illik yubileyini qeyd edən nazirlik tərəfindən ölkəmizdə gənclər siyasəti, idmanın inkişafı sahəsində çox işlər görülüb və uğurlar qazanılıb.

Daha sonra iştirakçılar sənədli filmi izləyiblər.

Nurəddin