Mədəniyyət Nazirliyinin təşkil etdiyi teatr kollektivlərinin regionlara qastrol səfərləri çərçivəsində Gəncə Dövlət Kukla Teatrının kollektivi Qax Dövlət Kukla Teatrının qonağı olub.

Teatrın yaradıcı kollektivi rus uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Korney Çukovskinin “Milçək-Vizilçək” əsəri əsasında hazırlanan tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Zülfiyyə Əliyeva, quruluşçu rəssamı Məhəmməd Hacıyev, kuklaçı rəssamı Təranə Cəfərova, musiqi tərtibatçısı Aynur Cahangirovadır.

Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.