İyulun 25-də Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov mədəniyyət naziri Adil Kərimli ilə görüşüb.
Agentlikdən bildirilib ki, görüşdə ortaq maraq doğuran məsələlər geniş müzakirə olunub, iki dövlət qurumu arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.
Uzun illərdən bəri ermənilər tərəfindən Azərbaycan xalqına məxsus folklor nümunələrinin, həmçinin müəllif əsərlərin oğurlandığı, buna qarşı hər zaman mübarizə aparıldığı və bundan sonra da bu sahədə birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, müəllif hüquqlarının qorunması və təminatı məsələsi daim diqqət mərkəzində saxlanılacaq.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub, bu sahədə həyata keçiriləcək bir sıra işlər üzrə fikir mübadiləsi aparılıb.