Şəki Dövlət Dram Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin məşhur əsəri əsasında səhnələşdirilmiş “Sən həmişə mənimləsən... “Boy çiçəyi” (ikihissəli lirik-psixoloji tənhalıq dramı) tamaşasına ictimai baxış olub.
Yazıçının anadan olmasının 110 illiyinə həsr olunan tamaşa teatrın mövsüm bağlanışında teatrsevərlərə təqdim edilib.
Quruluşçu rejissor Elvin Nuri, quruluşçu rəssam Sahib Əhmədov, geyim üzrə rəssam Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Aytac İsmayılzadə, Lalə Məmməd, Xəyal Salahov və Nərmin Abbasova ifa ediblər.