Avqustun 2-si ölkəmizdə Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramıdır. Əlamətdar gün münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir.

Kinomuz üçün əlamətdar gündə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan Dövlət Rəsm Qalereyasında “Art kino” adlı yeni layihə həyata keçiriləcək.

Layihənin məqsədi rəssamlıq sənəti ilə kinonun sintezini diqqətə çatdırmaqdır.

Avqustun 2-də layihə çərçivəsində rəssamların həyat və yaradıcılığına həsr olunan filmlər nümayiş etdiriləcək. Bundan əlavə, səyyar film nümayişləri də nəzərdə tutulur.