Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr edilmiş "Mənim ana dilim – mənim kimliyim" adlı tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər ana dilinin milli dövlətçiliyimizin əsas atributlarından olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan dilinin qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var.

Tədbirdə həmçinin "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf tarixi”, "Azərbaycan əlifbasının dünəni və bu günü” mövzusunda mühazirələr dinlənilib, slayd nümayiş etdirilib.

Sonda məktəblilər mövzu ilə əlaqədar şeirlər söyləyiblər.