Türkiyədə muzey və tarixi məkanlara maraq artıb
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzeylər və tarixi məkanlar 2024-cü ilin birinci yarısında 14 milyona yaxın ziyarətçi qəbul edib.
Ötən ilin ilk 6 ayında bu göstərici 12 milyon 382 nəfər olmuşdu. Bu ilin eyni dövründə ziyarətçi sayı 12 faiz artaraq 13 milyon 843 minə çatıb.
Ən çox ziyarətçi qəbul edən məkan İzmirdəki Efes xarabalıqları olub: 1 milyon 118 min nəfər. İkinci yerdə Konya Mövlanə Muzeyi (1 milyon 102 min), üçüncü yerdə isə Dənizlidəki Hierapolis (Pamukkale) xarabalıqlarıdır (985 min nəfər).
İlk beşlikdə həmçinin Nevşehir Göreme xarabalıqları (501 min ziyarətçi) və Nevşehir/Zelve-Paşabağları xarabalıqları (464 min) yer alıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun sosial şəbəkə hesabında etdiyi paylaşımda deyilir: “Bəşər tarixinə işıq salan bu torpaqların üzə çıxarılan mirasına marağın gündən-günə artması bizi sevindirir”.