Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev tarixi İpək Yolu üzərində yerləşən Volqa-Xəzər dəhlizi obyektlərinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün nominasiyasının hazırlanmasına dair onlayn iclasda iştirak edib.
İclasda UNESCO-nun Dünya İrs Mərkəzinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun nümayəndələri, həmçinin Qazaxıstan, Özbəkistan, Azərbaycan və Yaponiyadan olan ekspertlər iştirak ediblər.
Tədbirdə UNESCO/Yaponiya İnamlı Fondlar layihəsinin “İpək Yollarının Dünya İrsi namizədliyi prosesinə dəstək” layihəsinin III fazasının gedişatı müzakirə edilib.
Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin bu ilin sonunda Bakıda “İpək Yolu: Volqa-Xəzər dəhlizi” ikinci subregional konfransının keçirilməsi təklifi bəyənilib.