Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cilqamlı Rəmziyə Əkrəmovna
Quliyeva Gülşən Rəsul qızı
Məmmədov Rövşən İsax oğlu
Nəcəfov Bayram Hidayət oğlu
Yunusov Ədalət Məmməd oğlu.
2. Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Qurbanova Firəngiz Ağa Dadaş qızı
Rüstəmov Akif Zabi oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2024-cü il