Görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Şəfiqə Axundovanın (1924–2013) 100 illiyi münasibətilə çəkilən "Şərqin nəğməkar qızı" adlı sənədli-bədii filmin premyerası olub. Filmin ssenari müəllif Xatirə Əkbərova, rejissoru və prodüseri Vahid Mustafayev, operatoru Orxan Məmmədlidir.
Ekran əsəri avqustun 4-də Şəkidəki Çingiz Mustafayev adına klubda göstərilib.
Təqdimatda Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, filologiya üzrə fəlsəfə doktoru, AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, şair-publisist Qiymət Məhərrəmli, televiziya jurnalisti və kinorejissor Vahid Mustafayev, M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov, digər mədəniyyət, elm və təhsil xadimləri, media təmsilçiləri iştirak ediblər.