7-15 avqust tarixlərində Litva Respublikasının Druskininskaı şəhərində X Beynəlxalq Teatr Festivalı keçirilir.

Festivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı da iştirak edəcək.

Yaradıcı kollektiv avqustun 13-də Ejen İoneskonun “Kral ölür” absurd komediyasını göstərəcək.

Teatrdan verilən məlumata görə, festivalda Azərbaycanla yanaşı Polşa, Slovakiya, Latviya, Ukrayna kimi ölkələr də təmsil olunur.

Festivala Gəncə Dövlət  Milli Dram Teatrının direktoru Aqil Bəhramlının rəhbərliyi ilə 11 nəfərdən ibarət heyət gedəcək.