Gədəbəy Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət göstərən Gədəbəy rayon mədəniyyət müəssisələri, Gənclərin İnkişaf və Karyera Mərkəzi Qazax-Tovuz regional nümayəndəliyinin Gədəbəy bölməsi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Gədəbəy rayon komitəsinin birgə təşkilatçılığı ilə “Yaşıl həyat – bir yay əyləncəsi” adlı festival keçirilib.

Festivalda Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi tarixi eksponatlardan, rayon MKS kitablardan ibarət sərgilər təşkil ediblər. İstedadlı gənclərin əl işləri də nümayiş olunub. Rayon gənclərinin çəkdikləri müxtəlif rəsmlər münsiflər heyəti tərəfindən dəyərləndirilib.

Açıq havada baş tutan tədbirdə gənclər saz, qarmon, tar və nağarada öz bacarıqlarını nümayiş etdiriblər. Əyləncəli oyunlar, viktorinalar, animasiya filmlərinin nümayişi təşkil olunub, stolüstü tennis, bilyard yarışları keçirilib.

Müsabiqə və yarışlarda fərqlənənlər fəxri fərman və hədiyyələrlə təltif olunub.

Nurəddin