İtaliyanın Verona şəhərində keçirilən ənənəvi “Arena di Verona” opera festivalında çıxış edən dünya ulduzları arasında Azərbaycanın Xalq artisti, Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov da var.

Yusif Eyvazov festivala C.Puççininin “Toska” operasında əsas kişi partiyasını – Mario Kavaradossi partiyasını ifa etmək üçün dəvət olunub.

Azərbaycan vokalçısının iştirak etdiyi iki tamaşa geridə qalıb. Y.Eyvazov 2 və 9 avqust tarixlərindəki uğurlu çıxışından sonra ayın 16-da növbəti dəfə Kavaradossi kimi səhnəyə çıxacaq.

Onu da qeyd edək ki, 15 min yerlik nəhəng amfiteatrda göstərilən tamaşalar məxsusi olaraq bu səhnənin parametrləri (eni 100, uzunluğu 140 metr) nəzərə alınaraq hazırlanır.

Uqo de Ananın quruluş verdiyi, dirijor Deniel Orenin musiqi rəhbəri olduğu “Toska”da Anna Netrebko, Luka Salsi, Qabriele Saqona kimi dünya opera ulduzları Yusif Eyvazovla tərəf-müqabil olublar.

Gülcahan