Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzi və Bakı Şəhər Gənclər və İdman İdarəsi Qaradağ rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi beynəlxalq aləmdə” mövzusunda dəyirmi masa keçirilib.

12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbirdə rəsmilər, ictimaiyyət nüməyəndələri və digər qonaqlar iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qeyd olunub ki, BMT Baş Assambleyasının Gənclər üzrə Dünya Nazirlər Konfransının tövsiyələrini təsdiq edən 17 dekabr 1999-cu il tarixli qətnaməsinə uyğun olaraq avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən hər il gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənc nəslin iştirakına təkan vermək məqsədilə tədbirlər təşkil olunur.

Çıxışlarda bildirilib ki, ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir.

Sonra tədbir sual-cavab formatında davam edib.