Tanınmış jurnalist İlham Cəmiloğlu dünyasını dəyişib. O, avqustun 20-nə keçən gecə ürək tutmasından vəfat edib.

İlham Cəmil oğlu Xudiyev 1965-ci il yanvarın 25-də Xankəndi şəhərində müəllim ailəsində anadan olub. Xankəndi şəhər Nizami Gəncəvi adına 4 saylı məktəbdə orta təhsil alıb. Sovet Ordusunda hərbi xidmətdə olub. Sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib.

1991-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi jurnalist kimi fəaliyyət göstərib. "Azərbaycan Ordusu" və digər qəzetlərdə çalışıb, müxtəlif informasiya saytları ilə əməkdaşlıq edib.

“Mən Azərbaycan vətəndaşıyam”, “Şuşadan Şəhidlər Xiyabanına”, “Qarabağ müharibəsi – faktlar və həqiqətlər”, “Erməni təcavüzünün Qarabağ ünvanı”, “Xocalı – yaddaşlardan silinməyən tarix” və digər kitabların müəllifidir.

Allah rəhmət eləsin.