Çingiz Aytmatov adına Qırğızıstan Dövlət Milli Rus Dram Teatrı avqustun 30-dan sentyabrın 3-dək Moskvada qastrol səfərində olacaq. Rusiya paytaxtının teatrsevərləri Mossovet adına Dövlət Akademik Dram Teatrında Qırğızıstan sənətçilərinin beş tamaşasına baxa biləcəklər.
Avqustun 30-da “Qaratoxmaq qadın” fars-tamaşası, ayın 31-də “Ustad və Marqarita” fantasmaqoriyası, sentyabrın 1-də və 2-də “Məhəbbət və göyərçinlər” və “Şanel nənə” komediyaları, qastrolun son günü, ayın 3-də isə “Dəniz kənarı ilə qaçan Alabaş” mifoloji poeması göstəriləcək.
Qırğızıstan teatrının bu qastrolu Rusiya Mədəniyyət Nazirliyinin Qastrol Fəaliyyətinin Federal Dəstəklənmə Mərkəzinin 2014-cü ildən bəri gerçəkləşdirdiyi “Böyük qastrollar” teatr layihəsi çərçivəsində baş tutacaq.
Gülcahan