“Yaşıl dünya naminə həmrəylik ili”ndə heykəltaraşlıq müsabiqəsi

 

Bakıdakı Xətai Sənət Mərkəzi “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində heykəltaraşlıq sahəsi üzrə “Əllərin sehri” adlı yaradıcılıq müsabiqəsi elan edib.

Mərkəzdən bildirilib ki, yeniyetmə və gənclər arasında keçirilən müsabiqənin məqsədi onların yaradıcılıq ruhunun yüksəldilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə töhfə vermək, həmçinin əl işinin xüsusi enerjiyə və dəyərə malik olduğunu göstərməkdir.

Yeniyetmə və gənclərin müxtəlif kompozisiya nümunələri ilə müsabiqəyə qatılması mümkündür. Layihənin sonunda qalib gələn əsərlər seçilərək nümayiş olunacaq.

İştirakçılar sehreller@gmail.com ünvanına sənədlərini göndərməklə müraciət edə bilər.

Müraciət üçün son tarix: 15 oktyabr.

Müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.