Avropa İttifaqının Erasmus Mundus regionlararası əməkdaşlığın gücləndirilməsi (ECCE Mundus) layihəsi çərçivəsində növbəti seminar Macarıstanın paytaxtı Budapeştdə keçirilib. Tədbirdə Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı iştirak edib. Onun sözlərinə görə, 2012-ci ildən fəaliyyətdə olan layihənin sayca beşinci və sonuncu Budapeşt seminarına 13 ölkədən 30 iştirakçı qatılıb.
Seminarın gündəliyinə uyğun olaraq müxtəlif təqdimatlar keçirilib, qazanılmış təcrübələr paylaşılıb, müzakirələr aparılıb. İştirakçılar təmsil etdikləri ali təhsil müəssisənin tanıtım materiallarını təqdim edərək qarşılıqlı əlaqələr qurublar. Ortaq magistratura proqramlarının idarə olunması və tanınması mövzularında plenar sessiyalar keçirilib.

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar