Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğurlu nəticə göstərmiş namizədlərin elektron sistem üzərindən “my.culture.az” vahid şəxsi kabineti vasitəsilə zəruri sənədlərini yükləyərək təhsil alacaqlarını təsdiq etmələri üçün son tarix 15 avqust müəyyən edilmişdi.

Məzuniyyət və yay tətili günləri ilə əlaqədar bu müddətin artırılması barədə nazirliyə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə şəxsi kabinet vasitəsilə qeydiyyat müddəti cari ilin 25 avqust tarixinə qədər uzadılıb.