Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən hər ay şəhər və rayonlarda vətəndaşların qəbulu keçirilir.

Mədəniyyət naziri Adil Kərimli avqustun 29-da saat 10:00-da Astara rayon Heydər Əliyev Mərkəzində (Astara şəhəri, İstiqlaliyyət küçəsi 26 b) Astara, Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula yazılış avqustun 24-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı və (012) 493-43-98 telefon nömrəsi vasitəsilə aparılır.