Azərbaycan Respublikası Gənclər Fondu və “İDEA” İctimai Birliyinin təşkilatçılığı ilə Şamaxıda “Yay fest” gənclər festivalı keçirilib.

COP29 könüllüləri üçün təşkil edilən “COP həftəsi”ndə müxtəlif mövzularda çıxışlar dinlənilib, iqlim dəyişmələrinin Xəzər dənizi regionuna təsirindən söz açılıb. Bildirilib ki, mövcud mənfi proseslərin qarşısının alınması üçün bütün bəşəriyyətin həssaslıq göstərməsi vacibdir. Azərbaycan bu istiqamətdə əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Aparılan müzakirələr zamanı bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-un böyük önəm daşıması xüsusi qeyd olunub.

İnteraktiv panel müzakirəsində “Yay fest” iştirakçılarının sualları cavablandırılıb, təkliflər müzakirə edilib.