2024-cü ilin birinci yarısında işğaldan azad edilmiş rayonlarda 840 yeni iş yeri yaradılıb. Dövlət Statistika Komitəsinin müvafiq hesabatında yer alan göstəricilərə görə, bu rayonlarda yeni iş  həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% artıb. 2023-cü ilin ilk altı ayında işğaldan azad edilmiş rayonlarda 593 yeni iş yerləri yaradılmışdı.

Qeyd edək ki, cari ilin yanvar-iyun ayları ərzində ən çox yeni iş yeri Laçın (299) və Şuşada (232) yaradılıb.

Hesabat dövründə azad edilmiş rayonlarda 159 yeni müəssisə və təşkilat, 1726 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılmış müəssisə və təşkilatların sayı 90, fərdi sahibkarların sayı isə 488 vahid artıb.