Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar davam edir.

Mərkəzin növbəti ziyarətçi qonaqları Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Bülbül” körpələr evi-uşaq bağçasının kollektivi olub.

Əvvəlcə qonaqlar Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotolarla tanış olublar.

Daha sonra mərkəzin kino zalında cizgi filmi nümayiş etdirilib. Balacalar ekskursiyadan unudulmaz təəssüratla ayrılıblar.