Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 avqust – Laçın Şəhəri Günü” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan bildirilib ki, təqdim olunan sərgilərdə rəsmi sənədlər, fotolar, Laçın şəhəri haqqında, eləcə də Vətən müharibəsi və Böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/el/vsb/26_avqust_Lachin/index.htm linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgi bir həftə davam edəcək.