Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin “Böyük qastrollar” proqramına (Ümumrusiya Qastrol və Konsert Planı) dəvət alıb.

Teatr sentyabrın 3-dən 8-dək Novokuznetsk və Kemerovo şəhərlərində qastrolda olacaq. Yaradıcı heyət Novokuznetsk Dram Teatrının və A.V. Lunaçarski adına Kuzbass Dram Teatrının səhnələrində Xalq artisti Aleksandr Şarovskinin quruluşunda “Müsyö Jordan və Dərviş Məstəli şah” (M.F.Axundzadə) və “Albalı bağı” (A.P.Çexov) tamaşalarını nümayiş etdirəcək.

Bu il 104 yaşı tamam olan Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı Novokuznetskdə həmçinin “Okna – 2024” Beynəlxalq Sənaye İncəsənəti Festivalına qonaq qisminə qatılacaq. Bakılı sənətçilər festivalın açılışında “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasını göstərəcəklər.