2024-cü ilin ilk yeddi ayının statistikasına əsasən, Mərakeşin hava nəqliyyatı sektorunda 18,5 faiz artım müşahidə olunub və ölkəyə gələn turistlərin sayı 18,1 milyona çatıb.

Mərakeş Milli Hava Limanlarının yaydığı məlumata əsasən, ölkəyə səfər edənlərin 19 faizi Avropadan, 12,1 faizi Yaxın və Uzaq Şərqdən, 16,4 faizi Afrikadan, 8.4 faizi isə Şimali Amerikadan gələnlərdir.

Qeyd edək ki, geniş turistik imkanları olan bu Şimali Afrika ölkəsinin əhalisi 38 milyona yaxındır. Bu arada Mərakeşdə əhalinin növbəti siyahıyaalınması aparılır. Sentyabrın 30-dək davam edəcək bu proses müasir texnologiyaların tətbiqi – elektron lövhələrlə həyata keçirilir. Rəqəmsallaşdırmadan siyahıyaalınmanın həyata keçirildiyi ərazilərin xəritələrinin tərtib edilməsində də istifadə olunur.