Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı 30 avqust – 2 sentyabr tarixlərində İtalyanın Oliveto Citra şəhərində (Salerno əyaləti) keçirilən teatr festivalında iştirak edib.
Yaradıcı heyət sənət bayramına Pərvin Nurəliyevanın “Mən öləndə ağlama” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə qatılıb. Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri Turqay Vəlizadə, rəssamı Nino Kitiadır. Rolları Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova, Fuad İsfahanlı və Turqay Vəlizadə ifa ediblər.
Ötən ilin sonlarında teatr ictimaiyyətinə təqdim olunan tamaşa İtaliyadakı festivalda da maraqla qarşılanıb.
Festivala Litva, Cənubi Koreya və İsveçrədən də teatrlar qatılıb.