Ötən il Türkiyədə sənədli, bədii, qısametrajlı və cizgi filmlərinin istehsalı, eləcə də ssenari və dialoq yazılışı, yerli film nümayişi, ortaq istehsal kimi sahələrə ümumilikdə 145 milyon lirə dövlət dəstəyi verilib.
2024-cü ildə isə dövlətin kino sənayesinə verdiyi dəstək təxminən iki dəfə artaraq 284 milyon lirəyə (təxminən 14,2 milyon AZN) çatıb.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumatında bildirilib.
Məlumatda qeyd edilib ki, kino sektoru nümayəndələrindən ibarət Kino Dəstək Şurasının müəyyən etdiyi bu vəsaitin 97,8 milyon lirəsi “Uzun metrajlı”, “Birgə istehsal” və “Çəkiliş sonrası” (postprodakşn) istiqamətləri üzrə ümumilikdə 22 layihəyə ayrılıb. Bu layihələrin 5-i tammetrajlı bədii film, 3-ü birgə istehsal üçün nəzərdə tutulub.