Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Şuşa şəhərinə növbəti infotur təşkil edib.

İnfoturda məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı qurumun tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər. Onlara Prezident İlham Əliyevin tapşırığı ilə rayonda aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası barədə məlumat verilib. İnfotur iştirakçıları Şuşa şəhərində yeni salınan yaşayış məhəlləsində doğma yurda qayıdan keçmiş məcburi köçkün ailələri ilə görüşüb, onların fikir və rəylərini öyrənib, foto-video çəkilişlər aparıblar.

Bildirilib ki, indiyədək Şuşa şəhərində 204 ailənin (763 nəfər) məskunlaşması təmin edilib.