18 sentyabr – Milli Musiqi Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin paytaxtdakı ev-muzeyində klassik musiqi konserti olub.

Muzeyin icraçı rəhbəri Günay Əliyeva görkəmli violonçelist Leopold Rostropoviç və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin yaxın dostluq və yaradıcılıq əlaqələrindən bəhs edib.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Proqramda Azərbaycan Milli Konservatoriyası tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirdləri Üzeyir Hacıbəylinin əsərlərini ifa ediblər.

Gimnaziyanın rəhbəri Aytən Əhmədova diqqətə çatdırıb ki, konsertdə çıxış edən şagirdlər ölkəmizi beynəlxalq müsabiqələrdə də uğurla təmsil edirlər.

Günay Əliyeva gənc istedadlara qazandıqları uğurlara görə təbrik lərini çatdırıb, gözəl ifalarına görə onlara muzey adından təşəkkürnamələr təqdim edib.