Şirvan-Salyan RMİ-nin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində 15 sentyabr – Bilik Gününə həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə yuxarı sinif məktəblilər birinci sinif şagirdlərini rəngarəng musiqi nömrələri ilə sevindiriblər.

Xudat şəhər Uşaq musiqi məktəbində “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib. Şagirdlər şeirlər səsləndirib, musiqi nömrələri ilə çıxışlar ediblər.

Şəmkir rayon MKS-nin 1 saylı şəhər kitabxana filialı Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Təhsil bizim gələcəyimizdir” başlığı altında tədbir təşkil edib. Bilik Günü münasibətilə tərtib edilən kitab sərgisinə baxış olub.

Tovuz Dövlət Rəsm Qalereyasında rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət “Bilik gələcəyin açarıdır” adlı rəsm sərgisi keçirilib. Sərgidə mövzunu əhatə edən rəsmlər nümayiş olunub.