Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilatçılığı ilə 4-5 noyabr tarixlərində “Zəfərimiz – şərəfimiz” adlı bədii qiraət müsabiqəsi keçiriləcək. Müsabiqə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin 4-cü ildönümü münasibətilə təşkil olunacaq.

Müsabiqənin məqsədi şanlı Zəfərimizə bədii nümunələrlə nəzər salmaq, milli mədəniyyət məkanında baş verən yaradıcılıq prosesini fəallaşdırmaq, bədii qiraətə marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Sənət yarışında iştirak etmək istəyənlər ifa etdikləri şeir nümunələrinin videodiskini 20 oktyabr 2024-cü il tarixinədək ATXİ-yə (Bakı şəhəri, Xaqani küçəsi, 16, III mərtəbə, Yaradıcılıq şöbəsi) təqdim edə bilərlər. Qaliblər mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.