“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzi və tabe müəssisələrin əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyanın məqsədi yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin və sağlamlaşdırılmasına töhfə verməkdir.

***

Balakən rayon Mədəniyyət Mərkəzində “Məni tanıyın” adlı müsabiqə keçirilib. İncəsənətin bir sıra sahələrini (mahnı, rəqs, rəsm, bədii qiraət, instrumental ifa və s.) əhatə edən müsabiqədə 48 yeniyetmə və gənc iştirak edib. Fərqlənənlərə diplomlar təqdim olunub.

***

Ağdam rayon MKS-də “Yaşıl dünyamız” adlı tədbir keçirilib. Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb. COP29-a aid videoçarx nümayiş olunub. Sonda ağacəkmə aksiyası keçirilib.

***

Biləsuvar rayon Heydər Əliyev parkında sərgi-plener təşkil edilib. Tədbir Biləsuvar Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov sərgilənən əsərlərlə tanış olub. Tədbirdə gənc rəssamlar Heydər Əliyev parkının mənzərələrini kağız və kətan üzərinə köçürüblər.