Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq artisti Səid Rüstəmovun (1907-1983) əsərlərindən ibarət konsert proqramı keçirilib.

Gecədə Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və baş dirijorluğu, Xalq çalğı alətləri ansamblının müşayiəti ilə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Tural Abdullayev, Mahir Məmmədov, solistlər Azər Verdiyev, Fuad Ramazanov, Samirə Hacıyeva, Zəminə Mustafayeva, Xəyal Əliyev, Rüstəm Cəfərov çıxış ediblər.

Proqramda bəstəkarın “Durna” operettasından Lalənin mahnısı, “Hardasan?”, “Getmə”, “Həkim qız”, “Haralısan?”, “Şeir deyilmi”, “İntizar”, “Qurban adına”, “Alagöz”, “Bilmədim”, “Gəlmədin”, “Oxu, gözəl” əsərləri ifa olunub.

Konsert tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.