Qazax Dövlət Dram Teatrında “Ezop” əsəri üzərində məşqlərə başlanılıb. Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredonun adıçəkilən pyesinə Əməkdar artist Xəzər Gəncəli quruluş verir.
Səhnə tərtibatçısı Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur. Rolları Xaqan Qurbanov, Aytac Cəfərova, Vüsal Hüseynov, Məlahət Vəliyeva, Sərdar Rüstəm və Rüfət Əhmədov ifa edəcəklər.
İlin sonunadək tamaşaçıların ixtiyarına verilməsi nəzərdə tutulan səhnə əsərində əsas məsələ həqiqətin və ədalətin olmadığı yerdə mübarizənin labüdlüyü diqqət mərkəzinə çəkilir. Buna görə də ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür.
Qədim yunan filosofu Ksanf fikirlərini Ezopun təmsilləri əsasında şagirdləri ilə bölüşür. O hər dəfə çətin vəziyyətə düşəndə Ezopun köməyi ilə ağır durumdan xilas olur, bunu yalnız azadlıq uğrunda edir, qarşılığında Ksanfdan yalnız azadlıq istəyir. Lakin Ksanf hər dəfə Ezopu başqa bir bəhanə ilə aldadır və yanında saxlayır. Sonda Ezop azadlığı dadır. Amma çox az...