Salyan Dövlət Kukla Teatrında yeni hazırlanan “Cırtdan” tamaşasına daxili baxış keçirilib.

Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşanın quruluş və səhnə tərtibatını Estoniyada yaşayan həmyerlimiz, Əməkdar artist Rauf Avşar verib.

Birhissəli uşaq tamaşasının quruluşçu rəssamı Mart Aya, musiqi tərtibatçısı isə Elvin İsayevdir. Canlı plan və klassik kukla texnikası üslubunda hazırlanan yeni quruluşda  personajları Nurlan Məlikov, Röyal Qurbanov, Nahid Rüstəmbəyli canlandırırlar.

Xatırladaq ki, “Cırtdan” tamaşası bundan əvvəl də teatrın repertuarında olub.