Ağdam Dövlət Dram Teatrının yaradıcı heyəti qarşılıqlı qastrol səfəri proqramlarına uyğun olaraq, oktyabrın 4-də Lənkərana səfər edib.
Kollektiv Lənkəran Dövlət Dram Teatrı səhnəsində italyan dramaturqu P. de Filipponun “Don Rafaello-trombonçu” əsəri əsasında hazırlanan “Trombonçu” tamaşasını göstərib.
Səhnə əsərinin (tərcümə Şövqi Hüseynov) quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamları Qönçə Həzizadə və Müşfiq Qarayev, işıq üzrə rəssamı Anar Şükürov, musiqi tərtibatçıları Aysel Əzizova və Azər Şükürovdur.
Rolları Elşən Cavadov, Afərdə Sabirqızı, Zərifə Ağayeva, Hakim Cəfərli, Camal Zamanov, Rüstəm Məmmədov və Anar Əhməd ifa edirlər.
Qeyd edək ki, Lənkəran teatrı da ötən ay (27 sentyabr) Ağdamda olmuş, Qarabağ müharibəsindəki tarixi Zəfərimizdən bəhs edən “Haqqın 44 günü” tamaşasını təqdim etmişdi.