Azərbaycan

 

12 oktyabr 1938 – Tanınmış kinooperator Şərif  İsmayıl oğlu Şərifov (1938 – 26.9.2007) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

12 oktyabr 1974 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (16.3.1906 – 1974) vəfat edib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri  olub.

12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 21.3.1924 – 1990) vəfat edib. “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı gəraylısı” kimi aşıq havalarının müəllifidir.

12 oktyabr 2021 – Prezident İlham Əliyev Xalq rəssamı, milli xalça sənətinin görkəmli nümayəndəsi Kamil Əliyevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

13 oktyabr 1918 – Əməkdar incəsənət xadimi, rəssam Lətif Əbdülbaği oğlu Feyzullayev (1918 – 25.3.1987) anadan olub. Abşeron təbiətinin koloriti, Xəzər neftçiləri ilə bağlı maraqlı əsərlərin müəllifidir.

13 oktyabr 1938 – Əməkdar artist Hamlet Ağadadaş oğlu Qurbanov (1938 – 15.11.1995) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb, filmlərdə (“Dədə Qorqud”, “O dünyadan salam” və s.),  televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.

13 oktyabr 1940 – Bəstəkar, Əməkdar incəsənət xadimi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev; 1940 – 24.8.2017) Bakıda anadan olub. “Birsaatlıq xəlifəlik”, “Baş tutmayan hiylə” operettalarının, uşaqlar üçün musiqili səhnə əsərlərinin (“Tülkü, tülkü, tünbəki...”), mahnıların müəllifidir.

13 oktyabr 1940 – Əməkdar incəsənət xadimi, kinoşünas İmran Musa oğlu Xəlilov (1940 – 18.7.2000) anadan olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

12 oktyabr 1967 – Tanınmış aktyor, teatr xadimi İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897–1967) vəfat edib. Tiflis Azərbaycan Dram Teatrının baş rejissoru olub, “Gürcüstanın Xalq artisti” adına layiq görülüb. “Böyük dayaq” filmində (Yarməmməd) çəkilib.

13 oktyabr 1974 – Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Səttar Bəhlul oğlu Bəhlulzadə (15.12.1909 – 1974) vəfat edib. Əsərləri müxtəlif xarici muzeylərin eksponatları sırasındadır.

13 oktyabr 1999 – Prezident Heydər Əliyevin iştirakı ilə Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılış mərasimi keçirilib.

13 oktyabr 2011 – Prezident İlham Əliyev Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Dövlət mükafatları laureatı Tahir Salahovun ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. 

 

14 oktyabr 1875 – Maarif xadimi, naşir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875–1941) Bakıda doğulub. 1906–1908-ci illərdə “Dəbistan” adlı ilk milli pedaqoji jurnalın naşiri və mühərriri olub.

14 oktyabr 1912 – Heykəltaraş, Əməkdar incəsənət xadimi Həyat Həmdulla qızı Abdullayeva (1912 – 21.4.2006) Dərbənd şəhərində anadan olub. Şuşada M.P.Vaqifin abidəsi, X.Natəvanın büstü və s. əsərlərin müəllifidir.

14 oktyabr 1916 – Əməkdar artist Süsən Hacı Aslan qızı Məcidova (1916 – 24.5.1985) anadan olub. Gənc Tamaşaçılar Teatrında  çalışıb, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” və s. filmlərdə çəkilib.

14 oktyabr 1933 – Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov; 1933 – 2.12.2004) Naxçıvan MR Şahbuz rayonunun Nursu kəndində doğulub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.

14 oktyabr 2015 – Prezident İlham Əliyev Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor Cahangir Zeynalovun 150 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

15 oktyabr 1910 – Tanınmış kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Əli oğlu Seyidzadə (1910 – 2.6.1979) İrəvan şəhərində anadan olub. “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.

15 oktyabr 1933 – Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Nurəddin Xeyrulla oğlu Babayev (1933–2012) anadan olub.

15 oktyabr 1928 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (1928 – 1.9.2009) Bakıda doğulub. Yaradıcılığı kitab və dəzgah qrafikası, siyasi plakatlar və  rəngkarlıq əsərləri ilə zəngindir. 1977–1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin sədri olub.

15 oktyabr 1932 – Şair Hafiz Həbib oğlu Baxış (1932 – 7.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə populyar mahnılar bəstələnib.

15 oktyabr 1938 – Azərbaycan teatr tarixində xidmətləri olmuş tanınmış aktrisa Panfiliya Nikolayevna Tanailidi (1891–1938) repressiya edilərək güllələnib. Milliyyətcə yunandır. Tiflis Azərbaycan teatrında, 1925-ci ildən Akademik Dram Teatrında çalışıb.

15 oktyabr 1946 – Əməkdar mədəniyyət işçisi, kinoşünas, kino təşkilatçısı Abbas İbrahim oğlu Əliyev (1946–2008) anadan olub. 

15 oktyabr 1951 – Əməkdar artist, aktyor, rejissor Zilli Yunus oğlu Namazov (1951 – 27.12.2021) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

15 oktyabr 1988 – Kristalloqrafiya sahəsində məşhur alim, Azərbaycan EA-nın müxbir üzvü Xudu Surxay oğlu Məmmədov (14.12.1927 – 1988) vəfat edib. Sənətşünaslıqla bağlı yazıların, “Naxışların yaddaşı”, “Qoşa qanad” və s. kitabların müəllifidir.

15 oktyabr 1996 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 – 1996) vəfat edib.

15 oktyabr 2016 – Əməkdar artist, tanınmış rəqqas Kamil Hənifə oğlu Dadaşov (26.9.1936 – 2016) vəfat edib.

15 oktyabr 2022 – Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Şakir Hənifə oğlu Yaqubov (25.2.1951 – 2022) vəfat edib.

 

Dünya

 

12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale; 1896–1981) anadan olub.

12 oktyabr 1924 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 – 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.

12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935 – 6.9.2007) anadan olub.

 

13 oktyabr 1934 – Rus aktyoru Saveli Kramarov (1934–1995) anadan olub. Filmləri: “Uğur centlmenləri”, “Ələkeçməz qisasçılar”, “İvan Vasilyeviç peşəsini dəyişir” və s.

13 oktyabr 1933 – SSRİ Xalq artisti, tanınmış teatr və kino rejissoru, Dövlət mükafatları  laureatı Mark Zaxarov (1933 – 28.9.2019) anadan olub.

 

14 oktyabr 1864 – Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski; 1864–1925) anadan olub. “Kül”, “Həyatın bəzəyi”, “Dənizdən külək”, “Günahın tarixi” və s. romanların müəllifidir.

 

15 oktyabr 1814 – Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 – 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb.

15 oktyabr 1844 – Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 – 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və şərdən o yana”, “Bütlərin qürubu” və s.

15 oktyabr 1929 – Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929–2009) anadan olub. Xəzər xaqanlığından (VIII–IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir.

Hazırladı: V.Orxan