Aşqabadda Qazaxıstanın mədəniyyət həftəsi keçirilir. Proqrama yaradıcılıq görüşləri, sərgilər, film nümayişləri, estrada artistlərinin çıxışları və möhtəşəm qala-konsert daxildir.
Həftənin açılışında (8 oktyabr) Qazaxıstan ifaçıları zəngin konsert proqramı ilə çıxış ediblər. Aşqabadlılar qazax xalq rəqslərini seyr edib, klassik musiqi nümunələrini və müasir estrada kompozisiyalarını dinləyiblər. İlk gün virtuoz çıxışlarla zəngin caz axşamı ilə başa çatıb.
Qazaxıstan Respublikasının Türkmənistandakı səfiri Nurlan Noqayev mədəniyyət günlərinin iki qardaş xalq arasında münasibətlərə mühüm töhfə olacağını deyib: “Qazaxıstan ölkələrimiz arasındakı mövcud münasibətləri yüksək qiymətləndirir və onların gələcəkdə də qarşılıqlı faydalı olmasından ötrü səylərini əsirgəməyəcək”.
Gülcahan