Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Kukla Teatrının yaradıcı kollektivi 21-25 oktyabr tarixlərində keçiriləcək II Almatı Beynəlxalq Kukla Teatrları Festivalında (Qazaxıstan) iştirak edəcək.

Teatr festivala Rəsul Rzanın “Ana qaz” şeirinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə qatılacaq.

Festivala Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Bolqarıstan, Polşa, İran, Özbəkistan kukla teatrları da dəvət alıb.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Gəncə Dövlət Kukla Teatrının baş rejissoru Şamil Məmmədli, xoreoqrafı Əməkdar artist Fərmail Paşayev, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir. Personajları Zülfiyyə Əliyeva, Şamil Məmmədli, Nahidə Namazova, Səməd Xanəhmədov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərmin Şərifova və Məhəmməd Hacıyev canlandırırlar.