Oktyabrın 28-dən noyabrın 3-dək Qazaxıstanın paytaxtı Astanada III “Teatral” Beynəlxalq Teatr Festivalı keçiriləcək.
Qazaxıstanın yazıçı-dramaturqu, Dövlət mükafatı laureatı Roza Mukanovanın 60 illik yubileyinə həsr olunan festivalda bir sıra ölkələrdən teatrlar və sənət mütəxəssisləri iştirak edəcəklər.
Festivalda ölkəmizi Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qazax Dövlət Dram Teatrı təmsil edəcək. Yaradıcı heyət yubilyar müəllifin “Bir çətir altında – mən” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı göstərəcək.
İnsan münasibətlərinin ön plana çıxarıldığı psixoloji dramın quruluşçu rejissoru Əməkdar artist Musa Eyyubov, quruluşçu rəssamı Aysan Omarovadır.