AMEA Arxeologiya və Antropologiya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşəbbüsü ilə “Şuşa və ətrafının arxeoloji tədqiqi” mövzusunda elmi sessiya keçirilib.
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə təşkil edilən sessiyada Şuşanın arxeoloji tədqiqi tarixi, şəhər işğaldan azad olunduqdan sonra institutun apardığı tədqiqat işləri barədə məlumat verilib. Qeyd edilib ki, gənclər elmi tədqiqatları paylaşmağa həvəs göstərməli, bu kimi tədbirlərin aparıcı qüvvəsinə çevrilməlidirlər.
Sessiyada müxtəlif elmi müəssisələrdən olan gənc alim və mütəxəssislər “Şuşa qalalarında beynəlxalq arxeoloji tədqiqatlar – 2024” mövzusunda məruzələrlə çıxış ediblər.